525.Az

Mbappedən tarixi REKORD


 

Mbappedən tarixi <b style="color:red">REKORD</b>

Fransa millisinin və İspaniyanın “Real” klubunun futbolçusu Kilian Mbappe tarixi rekorda imza atıb.

525.az “Report”a istinadən xəbər verir ki, 26 yaşlı hücumçu futbol tarixində “qol+ötürmə” sistemində 500 xal toplayan ən gənc oyunçu olub.

O, bunu La Liqanın XXIII turunda “Atletiko”ya qarşı matçda (1:1) qol vurmaqla reallaşdırıb.

Qeyd edək ki, bu yaşda Neymar 492, Lionel Messi 486, Kriştianu Ronaldu isə 302 xal toplamışdı.

 





09.02.2025    çap et  çap et