525.Az

Şri-Lanka işıqsıq qaldı, meymuna görə


 

Şri-Lanka işıqsıq qaldı, meymuna görə<b style="color:red"></b>

 

Dünən Şri-Lankada bütün ölkə üzrə elektrik enerjisi kəsilib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə açıqlama yayan ölkənin energetika naziri Kumara Cayakodi qəzaya meymunun səbəb olduğunu bildirib.

Səhər saatlarında Panadurada qovşaq yarımstansiyasına soxulan meymun yüksək gərginlikli elektrik xətlərinin üzərinə düşüb. Nəticədə ölkəyə elektrik enerjisinin verilməsi dayanıb.

Qeyd edək ki, axşam saatlarında xətlər, eyni zamanda elektrik enerjisinin verilişi bərpa olunub.

L.Tağıyeva

 





10.02.2025    çap et  çap et