525.Az

İlon Mask 59 milyon dollarlıq əsassız xərc aşkar edib


 

İlon Mask 59 milyon dollarlıq əsassız xərc aşkar edib<b style="color:red"></b>

ABŞ Hökumətinin Səmərəliliyinin Artırılması üzrə İdarəsi (DOGE) yoxlama zamanı Federal Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (FEMA) vəsaitlərinin xərclənməsində pozuntular aşkar edib.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə idarənin rəhbəri, milyarder İlon Mask “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"DOGE komandası aşkar edib ki, FEMA ötən həftə qanunsuz miqrantların yerləşdirilməsi üçün Nyu-Yorkun dəbdəbəli hotellərinə 59 milyon dollar yönəldib. Bununla agentlik prezidentin fərmanına tabe olmayaraq qanunu pozub", - o qeyd edib.

Onun sözlərinə görə, bu vəsaitlər təbii fəlakətlər zamanı amerikalılara yardım üçün nəzərdə tutulub.

 





10.02.2025    çap et  çap et