525.Az

Ukraynalılar kütləvi şəkildə Polşanı tərk etməyə başlayıblar


 

Ukraynalılar kütləvi şəkildə Polşanı <b style="color:red"> tərk etməyə başlayıblar</b>

Ukraynalı qaçqınlar kütləvi şəkildə Polşanı tərk edərək Almaniyaya getməyə başlayıblar.

525.az xəbər verir ki, bu barədə inPoland məlumat yayıb.

“Ümumiyyətlə, ukraynalıların Mərkəzi və Şərqi Avropa ölkələrindən qitənin qərb və cənub hissələrinə köçməsi müşahidə edilir”, - nəşr yazır.

Qeyd olunur ki, Polşadan Almaniyaya köçmənin əsas səbəbləri daha yüksək maaş, sosial müavinətlər və keyfiyyətli tibbi xidmətdir.

Həmçinin bildirilir ki, 2024-cü ilin sonunda Almaniyada 1,14 milyondan çox ukraynalı qaçqın yaşayırdı ki, bu da Avropa İttifaqına (Aİ) köçən ukraynalıların ümumi sayının 27,2 faizini təşkil edir. Eyni zamanda, Polşadakı Ukrayna vətəndaşlarının sayı 2022-ci illə müqayisədə 1,3 milyondan 983,8 min nəfərə qədər azalıb.

İbrahim Cəfərov

 





10.02.2025    çap et  çap et