525.Az

Kolumbiyada futbol matçında ildırım 5 nəfərin həyatına son qoyub


 

Kolumbiyada futbol matçında ildırım 5 nəfərin <b style="color:red"> həyatına son qoyub</b>

Kolumbiyada regional turnir çərçivəsində qadınlar arasında keçirilən futbol matçı zamanı faciə yaşanıb. 

525.az xarici KİV-ə istinadən xəbər verir ki, ildırım vurması nəticəsində oyun vaxtı 5 nəfər həyatını itirib. Onlardan 4-dü meydandakı qadın futbolçular olub. Bədbəxt hadisə oyunçuların fırtınadan ağacın altına sığındıqları zaman baş verib.

Daha bir nəfər - adı açıqlanmayan kişi isə xəstəxanda vəfat edib. 

Bundan başqa, daha iki yaralı qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

İbrahim Cəfərov
 

 





10.02.2025    çap et  çap et