525.Az

Avropa İnvestisiya Bankı Ukraynaya 2 milyard dollar ayırıb


 

Avropa İnvestisiya Bankı Ukraynaya <b style="color:red"> 2 milyard dollar ayırıb</b>

Avropa İnvestisiya Bankı Ukraynaya 2 milyard dollar ayırıb.

525.az xəbər verir ki, bu barədə ölkə prezidenti Vladimir Zelenski bildirib.

“Ukrayna üçün daha 2 milyard dollar. Köməyə görə təşəkkür edirəm!”, - deyə o, Avropa İnvestisiya Bankının rəhbəri Nadia Kalvinyo ilə görüşdən sonra deyib.

Zelenskinin sözlərinə görə, ayrılan pul Ukraynanın energetika sektoruna yardım, həmçinin məktəblərdə və uşaq bağçalarında sığınacaqların tikintisinin maliyyələşdirilməsinə sərf olunacaq.

Tərəflər görüş zamanı Ukrayna daxilində köçkünlərə yardım məsələsini də müzakirə ediblər.

İbrahim Cəfərov

 





11.02.2025    çap et  çap et