525.Az

İsrailin müdafiə naziri HƏMAS-ı razılaşmanı pozmaqda ittiham edib


 

İsrailin müdafiə naziri HƏMAS-ı razılaşmanı pozmaqda <b style="color:red"> ittiham edib</b>

İsrailin müdafiə naziri İsrael Kats HƏMAS-ı Qəzza razılaşmasını pozmaqda ittiham edib.

525.az “Ynet”ə istinadən xəbər verir ki, o, HƏMAS-ın girovların azad edilməsi prosesini dayandırmaq barədə açıqlamasını razılaşmanın pozulması kimi qiymətləndirib.

“HƏMAS-ın bəyanatı atəşkəs razılaşmasının və girovların azad edilməsinə dair razılaşmanın tamamilə pozulmasıdır. Mən orduya Qəzzada mümkün olan istənilən ssenariyə ən yüksək səviyyədə hazırlaşmağı və İsrail sərhədindəki yaşayış məntəqələrini qorumağı tapşırmışam”, - deyə İsrailin müdafiə naziri vurğulayıb.

İbrahim Cəfərov

 





11.02.2025    çap et  çap et