525.Az

İlham Əliyev: "Azərbaycan-İran münasibətləri bölgədə təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcək"


 

İlham Əliyev: "Azərbaycan-İran münasibətləri bölgədə təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcək"<b style="color:red"></b>

"Hazırda Azərbaycanla İran arasında ikitərəfli gündəlikdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər yer almaqdadır".

525.az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyiyə göndərdiyi təbrik məktubunda deyilir:

“Hesab edirəm ki, mövcud imkanlardan yararlanaraq ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsinə nail ola bilərik”.

Dövlət başçısı bildirib ki, qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran münasibətlərinin iki dövlətin və xalqın mənafelərinə uyğun inkişaf edərək bölgədə sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcəyinə inanır.

 





11.02.2025    çap et  çap et