525.Az

Mərakeşdə güclü zəlzələ


 

Mərakeşdə güclü zəlzələ<b style="color:red"></b>

Gecə saatlarında Mərakeşin şimalında 5,1 bal gücündə zəlzələ baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələnin episentri 150 min əhalisi olan Əl-Ksar-əl-Kəbir şəhərindən 26 km şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

Qeyd edək ki, dağıntılar və tələfat barədə məlumat yoxdur.

L.Tağıyeva

 





11.02.2025    çap et  çap et