525.Az

Netanyahu HƏMAS-a xəbərdarlıq edib


 

Netanyahu HƏMAS-a xəbərdarlıq edib<b style="color:red"></b>

Fələstinin HƏMAS hərəkatı fevralın 15-i günortaya qədər israilli girovları azad etməsə, İsrail ordusu Qəzza zolağında intensiv döyüşləri bərpa edəcək.

525.az "Report" a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

“Mənim qəbul etdiyim və Nazirlər Kabinetinin yekdilliklə təsdiqlədiyi qərar belədir: HƏMAS şənbə günü günortaya qədər girovlarımızı qaytarmasa, atəşkəs ləğv ediləcək və İsrail ordusu HƏMAS-ın tam məğlubiyyətinə qədər intensiv döyüşləri davam etdirəcək”, - o, hökumətin dörd saat davam edən iclasından sonra deyib.

Lakin Netanyahu İsrailin şənbə gününə qədər neçə girovu azad etməyi tələb etdiyini dəqiqləşdirməyib.

 





11.02.2025    çap et  çap et