525.Az

Somalidə 60-dan çox İŞİD yaraqlısı məhv edilib


 

Somalidə 60-dan çox İŞİD yaraqlısı məhv edilib<b style="color:red"></b>

Somalinin yarımuxtar Puntlend bölgəsində havadan və qurudan təşkil edilən hücumlar nəticəsində 60-dan çox “İslam Dövləti” yaraqlısı öldürülüb.

525.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ölkənin terrorla mübarizə üzrə əməliyyat nümayəndəsi Mohamud Fadiqo bildirib.

“Terrorçulara qarşı əməliyyat davam edir və Harario bölgəsindəki son döyüşlər zamanı 60-65 terrorçu öldürülüb”, - o deyib.

Fadiqo əməliyyat zamanı öldürülən təhlükəsizlik qüvvələrinin dəqiq sayını açıqlamayıb.

Bundan əvvəl Puntlenddə 13 İŞİD yaraqlısı mıhv edilib.

Pərvanə Sultanova

 





12.02.2025    çap et  çap et