Rio-de-Janeyroda karnaval geyimləri istehsal edən fabrikdə güclü yanğın baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, yanğın dünən yerli vaxtla 7:30-da (Bakı vaxtı ilə 14:30) başlayıb.
Yanğının söndürülməsinə 90 yanğınsöndürən, həmçinin, hərbi polislər cəlb olunub. 3 saatlıq mücadilədən sonra alovu ram etmək mümkün olub.
Yanğınsöndürənlər 4 nəfəri ölümün pəncəsindən qurtara biliblər. Ümumilikdə isə 22 nəfər xəsarət alıb. Onlardan 12-nin vəziyyəti ağır qiymətləndirilir. Xəsarət alanların hamısının nəfəs yolları zədələnib.
Yanğının səbəbləri məlum deyil.
Qeyd edək ki, fabrik Rio-de-Janeyronun bir neçə məktəbini karnaval geyimləri ilə təmin edir. Gələn ay keçiriləcək karnavala üçün sifarişlərin çoxaldığını nəzərə alan fabrik rəhbərliyi bir neçə gün əvvəl 24 saatlıq fəaliyyətə qərar vermişdi.
L.Tağıyeva
çap et