525.Az

Rusiya səfiri Moldova Xarici İşlər Nazirliyinə çağırılıb


 

Rusiya səfiri Moldova Xarici İşlər Nazirliyinə <b style="color:red"> çağırılıb</b>

Rusiyanın Kişinyovdakı səfiri Moldova Xarici İşlər Nazirliyinə çağırılıb.

525.az xəbər verir ki, bu barədə nazirliyin teleqram kanalında məlumat yayılıb.

Qeyd olunub ki, səfirin nazirliyə çağırılması ölkənin cənubunda iki pilotsuz təyyarənin qəzaya uğraması ilə bağlıdır.

“Rəsmi izahatlar vermək və bu qəbuledilməz hərəkətlərə qarşı kəskin etiraz bildirmək üçün Rusiya Federasiyasının Kişinyovdakı razılaşdırılmış səfiri təcili sürətdə Xarici İşlər Nazirliyinə çağırılıb”, - deyə Moldova XİN-in açıqlamasında qeyd olunub.

Moldova Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, fevralın 12-dən 13-nə keçən gecə sərhədçilər Çumayski rayonu və Çadur-Lunqa şəhəri yaxınlığında iki pilotsuz təyyarənin qəzaya uğradığını bildiriblər, itkilər barədə məlumat verilməyib.

İbrahim Cəfərov

 





13.02.2025    çap et  çap et