Vladimir Zelenski Ukraynanın keçmiş prezidenti Petro Poroşenkoya qarşı şəxsi sanksiyalar tətbiq edib.
525.az xəbər verir ki, bu barədə “RİA Novosti” fərmana istinadən məlumat yayıb.
Poroşenkoya qarşı sanksiyalara dövlət mükafatlarından məhrumetmə, aktivlərin daimi bloklanması və vəsaitlərin Ukraynadan kənara köçürülməsinə qadağa daxildir.
Qeyd edək ki, daha əvvəl yayılan xəbərə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Poroşenkonun evinin yaxınlığında növbədə dayanaraq onun həbsinə hazırlaşırlar.
İbrahim Cəfərov