525.Az

Qəzzanın bərpasına 53 milyard dollar lazımdı


 

Qəzzanın bərpasına 53 milyard dollar lazımdı<b style="color:red"></b>

İsrail və HƏMAS arasında 15 aylıq müharibənin fəsadlarını aradan qaldırmaq üçün azı 53 milyard dollar lazımdır.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin hazırladığı hesabatda bildirilir.

Amma bərpa prosesinə başlamaq üçün tərəflər arasında üzün müddətli sülhün imzalanması vacibdir.

Qeyd edək ki, hesabatda həmçinin, 2023-cü ilin oktyabrında başlamış konflikt nəticəsində Qəzzada yaşayış evlərinin, tibb və təhsil müəssisələrinin, digər vacib strukturların yarıdan çoxunun tam dağıdıldığı bildirilir.

L.Tağıyeva

 





13.02.2025    çap et  çap et