525.Az

Timsah fermasının bağlanmasını tələb edirlər


 

Timsah fermasının bağlanmasını tələb edirlər<b style="color:red"></b>

İndoneziyada bir neçə deputat Kepulauan-Riau bölgəsində yerləşən Batam şəhərindəki timsah fermasının bağlanması tələbi ilə çıxış ediblər.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb ötən ay fermadan 105 timsahın qaçmasıdır.

Doğrudur, yerli hakimiyyət orqanları yanvarda leysan yağışları zamanı fermadan qaçan timsahların hamısının tutulduğunu, yalnız bir "qaçqın"ın hələ də tapılmadığını bildirsə də, deputatlar məlumatln doğru olmaması fikrindədir. Onlar leysan yağışlardan əvvəl fermada 800 timsahın olduğunu, tutulan timsahlarln sayının şişirdildiyini, ən əsası, heyvanların yerli sakinlər və turistlər üçün potensial təhlükə mənbəyi olduğunu iddia edirlər.

Fermanın bağlanmasına başqa bir səbəb fəaliyyət göstərdiyi 36 il ərzində vergi verməməsi də əsas kimi göstərilir.

Qeyd edək ki, fermada saxlanılan timsahların dərisindən çanta, kəmər və digər aksessuarlar istehsal edilir.

L.Tağıyeva

 





13.02.2025    çap et  çap et