525.Az

Leopard toyu yarımçıq qoydu


 

Leopard toyu yarımçıq qoydu<b style="color:red"></b>

Hadisə Hindistanın Uttar-Pradeş ştatında, Lakxnau şəhərində baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, qonaqlar toy keçirilən mərasim evinin həyətində leopardla rastlaşıblar.

Təşvişə düşmüş insanlar qaçmağa cəhd göstəriblər. Nəticədə 2 nəfər ciddi xəsarət alıb. Çağırılmamış qonaq isə binanın 2-ci mərtəbəsinə tullanaraq gizlənməyə çalışıb.

Bundan sonra hadisə yerinə çağırılan xilasedicilər 90 kiloqramlıq vəhşi pişiyin gizləndiyi yeri aşkar edərək onu xüsusi üsulla yatızdırıblar.

Qeyd edək ki, 3 saata yaxın davam edən əməliyyat zamanı qonaqlar təxliyə olunublar. Leopard tutulandan sonra isə toy davam edib.

L.Tağıyeva

 





13.02.2025    çap et  çap et