525.Az

Dünyanın ən çox qazanan idmançısı


 

Dünyanın ən çox qazanan idmançısı<b style="color:red"></b>

2024-cü ildə dünyada ən çox qazanan idmançıların siyahısı açıqlanıb.

525.az xarici, KİV-ə istinadən xəbər verir ki, ötən il ən çox gəlir əldə edən idmançı "Əl-Nəsr"in və Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo olub.

O, 260 milyon dollar qazanıb. İkinci yerdə "Qolden Steyt"in basketbolçusu Stefen Karri qərarlaşıb - 153,8 milyon dollar. 

İlk üçlüyü 147 milyon dollar gəlirlə britaniyalı boksçu Tayson Fyuri qapayır.

Yeri gəlmişkən, "İnter Mayami" və Argentina millisinin futbolçusu Lionel Messi 4-cü olub. İlk "10-luq"da qərarlaşan digər idmançılar bunlardır: Lebron Ceyms (basketbol), Neymar, Karim Benzema, Kilyan Mbappe (futbol), Oleksandr Usik (boks), Con Rahm (qolf).

L.Tağıyeva

 





13.02.2025    çap et  çap et