525.Az

Fransada partlayış, 10-dan çox yaralı


 

Fransada partlayış, 10-dan çox yaralı<b style="color:red"></b>

Fransanın Qrenobl şəhərində restoranların birində partlayış baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında Olimpiya kəndi ərazisində baş verib.

Naməlum şəxsin restoranın barına atdığı qumbaranın partlaması nəticəsində 12 nəfər xəsarət alıb. Onlardan 2-nin vəziyyəti ağırdır.

Qeyd edək ki, polis hadisəni törədənin kimliyini araşdırır. 

L.Tağıyeva

 





13.02.2025    çap et  çap et