Ağdamda yük maşını minaya düşüb.
525.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun işğaldan azad edilmiş Baş Qərvənd kəndi ərazisində qeydə alınıb.
Mina partlaması nəticəsində ərazidə işləyən "Howo" markalı yük maşınına ziyan dəyib.
Xəsarət alan olmadığı bildirilir.