525.Az

Alyaska sahillərində zəlzələ olub


 

Alyaska sahillərində zəlzələ olub<b style="color:red"></b>

Fevralın 13-dən 14-nə keçən gecə Alyaska sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.

525.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidmətinin (USGS) saytı məlumat yayıb.

Yeraltı təkanlar Akxiok şəhərindən təxminən 154 kilometr cənub-qərbdə qeydə alınıb. Bu ərazidə Kodiak adası yerləşir.

Zəlzələnin ocağı 9,1 km dərinlikdə yerləşib.

Təbii fəlakət nəticəsində ciddi dağıntılar və ya xəsarət alan olmayıb.

İbrahim Cəfərov

 





14.02.2025    çap et  çap et