https://525.az/img/pics/medium/2025-03/347527_5njg5n2wkp.jpg Adlar: divarlara da yazılır, tarixə də... - Dilarə Adilgil yazır
https://525.az/img/pics/medium/2023-01/254306_1w7hj89oq4.jpg MƏŞƏLLƏRİ YANAR GÖRMƏK İSTƏYƏNLƏRƏ EHTİYACIMIZ - Rafael Hüseynov yazır
https://525.az/img/pics/medium/2025-03/347519_iuu8y435iv.jpg "Məndən olsaydı, o teatrı bağlayardım"
https://525.az/img/pics/medium/2025-03/347587_l7nsty0pzu.jpg “Mən Quba torpağını Kəbədən az istəmirəm”
search
28 Mart 2025
27 Mart 2025

"Sumqayıt" yeni sponsorluq müqaviləsi imzalayıb

"Sumqayıt" yeni sponsorluq müqaviləsi imzalayıb

“Sumqayıt” Futbol Klubu ilə “SOCAR Polymer” MMC arasında sponsorluq müqaviləsi imzalanıb.

525.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər Stadionunun Mətbuat zalında təşkil olunan imza mərasimində hər iki qurumun rəhbərliyi, əməkdaşları, həmçinin digər tərəfdaş şirkətlərin nümayəndələri iştirak ediblər.

Əvvəlcə çıxış edən “Sumqayıt” FK-nın prezidenti Riad Rəfiyev əməkdaşlığın önəmindən bəhs edib və vurğulayıb ki, son zamanlar bütün dünyada geniş vüsət alan iri şirkətlərin idmana investisiya etmə tendensiyasının Azərbaycanda da yayılması ölkə futboluna böyük töhfə verəcək. R.Rəfiyev həmçinin qeyd edib ki, bu əməkdaşlıq hər iki quruma gələcəkdə inkişaf yolunda böyük təkan olacaq.

Daha sonra “SOCAR Polymer” MMC-nin Baş direktoru Fuad Əhmədov çıxış edib və o da öz növbəsində bu əməkdaşlıqdan məmnun olduqlarını, həm Sumqayıt şəhərinin idman həyatına, həm də ölkə futboluna daim dəstək olacaqlarını vurğulayıb. F.Əhmədov bildirib ki, bu yöndə fəaliyyətlərini gələcəkdə də davam etdirəcəklər.

Daha sonra iki qurumun rəhbərliyi arasında rəsmi əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi olub.

Razılaşmaya əsasən, “Sumqayıt” FK-nın təlim-məşq bazası bundan sonra “SOCAR Polymer Arena” adlanacaq. Həmçinin həm bazada, həm də Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər Stadionunda “SOCAR Polymer” brendinin bannerləri və reklam lövhələri yerləşdiriləcək. Bundan əlavə, klubun rəsmi oyun formalarında “SOCAR Polymer” şirkətinin loqosu həkk olunacaq.

Bölmənin digər xəbərləri
© 2012-2025 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.