525.Az

Övladlarınıza məktub yazın...


 

Övladlarınıza məktub yazın... <b style="color:red"></b>

Bəsti İSMAYILOVA

Tərtər şəhər 2 saylı məktəb-liseydə Azərbaycan dili ədəbiyyat müəllimi 

Uşaqlar qəzəblidir? Axı, niyə?

 

Otuz beş ildir ki, şagirdlərimin qarşısında onların məsum üzlərinə, gözlərinə baxa-baxa dərs keçirəm. Bəlkə , heç bir valideyn bir ömür boyu övladını qarşısında oturdub 45 dəqiqə, bəzən 90 dəqiqə onların üzlərinə, gözlərinə baxmayıb... Baxsaydı, bu gün çox ailələrdə fəlakətlər yaşanmazdı.

 

Zaman-zaman üzlər gözlər fərqli çalarla qarşıma çıxır. Son illər şagirdlərimin üzündə bir kədər, birqəmküsarlıq görürəm, gözlərdə bir hüzn var... Onlar sanki qocalıblar... Onlar sanki uzun bir yol gəlib, dünyanı yorub, ağı-qaranı görüb yenidənböyümüş kiçilmişlər...” Onlar qəlbən böyüyüblər, ev halı çox uşağı yorub. Təsəvvür edin ki, ailənin bütün problemlərini bilir, onu yaşayırlar. Ailənin borcu, sələmi, nisyəsi, krediti s. onlara əzab verir mən bunu görürəm. Bütün bunlar onların məsum dünyasına birqara pişikkimi gəlir, daim onlara dərd verir.

 

Bu sətirləri oxuyan kimsə mənəşən uşaqlardan nağıl danışmasın... Buyursun, fikirlərini bölüşsün... Bəlkə , yazmamalıyam. Amma bu, faktdır. İki gün öncə şagirdimizin atası intihar etdi. Böyük bir borcun sələmin ucbatından... deyirsiniz?..

 

Keçirəm başqa epizodlara. Yazmasam da, mümkün deyil! Çünki bu, mənim həyatımın bir parçasına çevrilib.

 

Mən həm repititorluq edirəm. bu durumları bütün çılpaqlığı ilə görürəm. Təsəvvür edin: şagird keçir qarşıma, qıpqırmızı olur, başını aşağı salır deyir ki, müəllim, mən bir ay gələ bilməyəcəyəm. Niyəsini soruşuram, o da deyir ki, atam Rusiyadadır, evə zəng vurdu, dedi ki, müəllim yanına getmə, pul göndərə bilməyəcəyəm, “voobşe qaydıram, özü qəpiksiz...” ailəyə bir bomba düşür. Axı, qəbul imtahanına iki ay qalıb... Ona məsləhət görürəm ki, başqa müəllimləri bilmirəm, amma mənə təhsil haqqı ödəməyə bilərsən... Ən dəhşətlisi bilirsiniz nədir? Şagirdin üzündəki əzab... Belə hallar tez-tez olur.

 

Mən dünyanın məşhur yazıçısı Markesin bir müsahibəsində dediyi fikirləri xatırlayıram. Jurnalist soruşur ki, övladlarının tərbiyəsi ilə özü məşğul olur, yoxsa tərbiyə müəssisələrinə qoyur? Yazıçı cavab verir ki, dövlət tərbiyə müəssisələrinə qayğı göstərməkdənsə, valideynlərə qayğı göstərsə, daha yaxşı olar mən övladlarımın tərbiyəsi ilə özüm məşğul oluram...

 

Başqa bir şagirdim, ümumiyyətlə, mənimləbazarlıq edir”: “Müəllim, biz semiçka əkmişdik, amma məhsulumuz olmadı, ziyana düşdük... Olarmı mən 3-4 aydan bir təhsil haqqı ödəyim?” Oxuculara onu da deyim ki, Tərtərdə aylıq təhsil haqqı 20-25 manatdır. mən elə uşaq var ki, onu pulsuz hazırlayıram.

 

Bax bu uşaqlar niyə qocalmasın, niyə içindəki qəzəb üzünə yansımasın, niyə qəzəbli görünməsin?.. Əlbəttə, çox zaman bunlar evdən qaçmalara, valideyndən qopmalara gətirib çıxarır... Hələ ən dəhşətlisi hansısa özünü asır, hansısa intihar edir, ya da evi tərk edir...

 

Yaxşı, valideynlərin başıbinəgüzarlığaqarışıb. Bəs məktəblər, bəs məktəbin psixoloqları, bəs tərbiyə işləri üzrə müavinlər, bəs sinif rəhbərləri, bəs biz müəllimlər?.. Sabir yazırdı ki, “Hər işin ibtidaisi tərbiyədir. Elmsiz tərbiyə məqbul deyildir...” Məktəblərdə şagirdlərlə zəifdir... Axı məktəb təkcə tədris müəssisəsi deyil. Məktəb bir həyatdır, bir dünyadır. Bura uşaq dünyasıdır. biz onları böyüklərin dünyasına hazırlayırıq. Bu elə görülməlidir ki, həyata atdığı ilk addımlarda o, büdrəməsin, “avtoş”, “oğru”, “qatil”, “narkomanolmasın.

 

Mən şagirdlərimin dünyasına bələd olmağa çalışıram. Bəlkə , ədəbiyyatçı olmağımdandır ki, bunu bacarıram. O zaman ki, inşa yazılar yazırıq, onda elə mövzular seçirəm ki, uşaqlara bələd olsun. İnşalar, elə bilirəm ki, şagirdlərimin mənə yazdzığıməktublardı”. Çünki onların ruhu bu inşalardadır. Məktub dedim, yadıma övladına məktub yazan, tövsiyə edən böyük ədəbi simalar düşdü. Bilirik ki, Nizami, Füzuli, M.F.Axundzadə, S.Ə.Şirvani, S.Rüstəm, Şəhriyar, N.Nərimanov kimi sənətkarlar övladlarına, oğullarına məktub yazıblar. bu məktublar ədəbiyyata çevrilib, dərs kimi tədris olunub... Bəs özümüz necə, övladlarımıza heç məktub yazmışıqmı? Mən hal-əhval məktublarını demirəm, nəsihətamiz məktublar deyirəm, üz-üzə deyə bilmədiyimiz sözləri vərəqlərə töküb sözumuzun təsir gücünü bu yolla artıra bilmişikmi? Əlbəttə, yox... Əziz valideynlər, övladlarınıza məktub yazın... Mən yazmışam. Doqquz il öncə oğluma yazmışam. BDU-da oxuyurdu. Qızım da həmin ali məktəbdə oxuyurdu. Qızım xəbər verdi ki, qardaşımınqayıblarıçoxdur. O zaman göndərdiyim bağlamanın içinə bir məktub da qoydum. Bəzi cümlələri xatırlayıram: “Oğlum, həyatda elə şeylər var ki, o, adamın istəyinə bağlı deyil. Onlar məcburidir. Yəni onları yerinə yetirməyə məcbursan. Mahnıda deyildiyi kimimən sənə məcburum...” Onlardan biri dərsə getmək, təhsili başa vurmaqdı... Yadındadırmı, həmişə deyirdin ki, ən böyük arzum BDU-da oxumaqdır. Bunu o zaman deyirdin ki, onda rayonumuzda gün ərzində 5-6 saat işıq yanırdı ana-bala lampa işığında test tapşırıqları edirdik. Bəzən lampanın iyini götürmürdün, gözlərin yaşarır, öskürürdün... Bu dünyada ən əziz, istəkli varlığımsan. Bu an məni sevməyə bilərsən, amma dərsini sev, bir gün mənim sözümü dinləməyə bilərsən, amma müəllimini dinlə... Sənə inanıram, mənim arxam olacaqsan, axı! Sən büdrəsən, onda mən yıxılacağam...” s. Mənim bu məktubumu oxuyanda İqtisad Universitetində oxuyan bir əmim nəvəsi orda imiş. Sonra o mənə dedi ki, bibi, sənin məktubunu oxuduq üçümüz da ağladıq... Dedim ki, elə mən sizi ağlatmaq istəyirdim...

 

Övladlarınızaistər oğul olsun, istər qız, məktub yazın, hörmətli valideynlər! O zaman qızlar evdən qaçmayacaq, o zaman onlar sizi özlərinə dost, sirdaş biləcəklər... O zaman həyat da, təhsil , hətta əsgərlik onlar üçün maraqlı olacaq. SizəÖgey anafilmində ögey ananın İsmayılın atasına yazdığı məktubu xatırladım. İsmayıl məktubda özü haqqında yazılan xoş sözləri oxuyanda yerə-göyə sığmır...

 

İndi xəbər proqramlarının baş xəbərinə çevrilib qızların edən qaçmağı, yeniyetmələrin qatil, oğru kimi tutulmağı... Niyə? Çünki valideyndən uzaq düşüblər. Bəli, qızlar evdən qaçır... Amma onların başqa evi yoxdur, bunu bilirlər, sadəcə, valideyndən qaçırlar. Buna əminəm! Bəs etməli? C.MəmmədquluzadəAzərbaycanməqaləsində yazır: “... Vətən, vətən, vətən, millət, millət, millət, dil, dil, dil! Bu dairələrdən kənar bəni-noi-bəşər üçün nicat yolu yoxdur”.

 

Mən üç dəfə deyirəmMəktəb, məktəb, məktəb! Təhsil, təhsil, təhsil!” Bundan özgə nicat yolumuz yoxdur!
 





20.11.2012    çap et  çap et