Türkiyənin Londondakı səfirliyinin qarşısında bir nəfər Quranı yandırıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, yoldan keçən bir şəxs yanan kitabı həmin şəxsin əlindən alıb və onu döyüb.
Qeyd olunur ki, bu yolla Quranı yandırmağa cəhd edən şəxs Türkiyə prezidenti Rəcəb Ərdoğanın siyasətinə etirazını bildirib. Onun fikrincə, Ərdoğan ölkəni “radikal islamçıların bazasına” çevirir.
Yoldan keçən şəxs Quranı yandıran kişini yerə yıxıb, təpiklə vurub və bıçaqlamağa cəhd edib. Nəticədə hücum edən şəxs saxlanılıb, yanğın törədən şəxs barmağından xəsarət aldığı üçün xəstəxanaya göndərilib.
Xatırladaq ki, 2023-cü ilin yanvarında Türkiyənin Stokholmdakı səfirliyi qarşısında koordinasiyalı etiraz aksiyası keçirilib və həmin aksiyada ifrat sağçı siyasətçi Rasmus Paludan Quranı yandırıb. İsveçin xarici işlər naziri Tobias Billström bildirib ki, etiraza icazə verilib, çünki ifadə azadlığı İsveç demokratiyasının bir hissəsidir. Bir müddət sonra İsveç polisi İraq əsilli Salvan Momikanın Stokholmda təşkil etdiyi daha bir oxşar aksiyaya icazə verib.
Daha sonra, 30 yanvar 2025-ci ildə Momik güllələnərək öldürülmüş vəziyyətdə tapılıb. Həmin gün rayon məhkəməsi onun barəsində etnik ədavətin qızışdırılması ilə bağlı işə baxmalı olsa da, iclas ləğv edilib.
İbrahim Cəfərov
çap et