525.Az

ABŞ-nin vitse-prezidenti Zelenski ilə görüşəcək


 

ABŞ-nin vitse-prezidenti Zelenski ilə <b style="color:red"> görüşəcək</b>

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Münhendə keçiriləcək təhlükəsizlik konfransında Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcəyini təsdiqləyib.

525.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Vens fevralın 14-dən 16-dək Münhendə keçiriləcək konfransda iştirak edəcək. Konfrans zamanı onun Vladimir Zelenski ilə ayrıca görüş keçirəcəyi gözlənilir.

“Biz Ukrayna ilə Rusiya arasındakı münaqişəni və onun danışıqlar yolu ilə necə həll olunacağını müzakirə edəcəyik”, - deyə ABŞ-nin vitse-prezidenti bildirib.

İbrahim Cəfərov

 





14.02.2025    çap et  çap et