İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi sabah azad ediləcək girovların siyahısını təsdiqləyib.
525.az “Report” a istinadən xəbər verir ki, bu barədə xarici KİV Netanyahunun dəftərxanasına istinadən məlumat yayıb.
"Qətər və Misirdən olan vasitəçilərin dəstəyi ilə bu gün HƏMAS-dan alınan siyahıda Aleksandr (Saşa) Trufanov, Saqi Dekel Hen və Yair Hornun adları yer alır. Bu siyahı İsrail tərəfindən qəbul edilib və ailələrin razılığı ilə dərc edilib", - məlumatda bildirilib.
çap et