525.Az

Şolts kansler postundan getdikdən sonra siyasəti tərk etmək niyyətindədir


 

Şolts kansler postundan getdikdən sonra siyasəti tərk etmək niyyətindədir<b style="color:red"></b>

Almaniya kansleri Olaf Şolts bu postdan getdikdən sonra siyasətdən uzaqlaşmaq niyyətində olduğunu bildirib.

525.az “Report” -a istinadən xəbər verir ki, o, bu barədə “Jung & Naiv” videopodkastında deyib.

"Mənim "A" planım kansler vəzifəsinə yenidən seçilməkdir. Lakin hesab edirəm ki, bu o demək deyil ki, bundan sonra nə isə baş verməlidir", - o qeyd edib.

Kansler izah edib ki, o, bu postdan sonra yenidən adi vətəndaş olmaq istəyir.

 





14.02.2025    çap et  çap et