525.Az

Gürcüstan AP-nin qətnaməsini siyasi təzyiq nümunəsi hesab edir


 

Gürcüstan AP-nin qətnaməsini siyasi təzyiq nümunəsi hesab edir<b style="color:red"></b>

Avropa Parlamentinin Gürcüstan Milli Bankının prezidenti Natia Turnavaya qarşı sanksiyalar tətbiq etmək çağırışı maliyyə institutuna siyasi təzyiqin klassik nümunəsidir.

525.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının bəyanatında deyilir.

Qeyd edək ki, Avropa Parlamenti fevralın 13-də Gürcüstanla bağlı qəbul etdiyi qətnamədə Avropa İttifaqı Şurası və üzv dövlətləri gürcü iş adamlarına və yüksək rütbəli məmurlara, o cümlədən Milli Bankın rəhbəri Natia Turnavaya qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

“Bu qətnaməni ölkənin müstəqil maliyyə tənzimləyicisinə siyasi təzyiqin klassik nümunəsi hesab edirik, bunun arxasında müəyyən yerli siyasi qüvvələr dayanır”, – bəyanatda deyilir.

Əlavə olunub ki, müstəqil maliyyə tənzimləyicisinə təzyiq göstərmək, o cümlədən onu və ya bank sektorunu gözdən salmaq cəhdləri yolverilməzdir və beynəlxalq səviyyədə tanınmış standartlara ziddir.

Pərvanə Sultanova

 

 





14.02.2025    çap et  çap et