525.Az

ABŞ vitse-prezidenti: Vaşinqton Ukrayna münaqişəsinin ağlabatan həllinin mümkünlüyünə inanır


 

ABŞ vitse-prezidenti: Vaşinqton Ukrayna münaqişəsinin ağlabatan həllinin mümkünlüyünə inanır<b style="color:red"></b>

ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiya və Ukrayna arasındakı münaqişənin ağlabatan razılaşmalara əsaslanan həllinin mümkün olduğunu hesab edir.

525.az “Report” a istinadən xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens Münxen Təhlükəsizlik Konfransında bildirib.

"Tramp administrasiyası Avropanın təhlükəsizliyindən son dərəcə narahatdır və Rusiya ilə Ukrayna arasındakı münaqişənin ağlabatan həllinə nail ola biləcəyimizə inanır", - o qeyd edib.

 





14.02.2025    çap et  çap et