525.Az

Riçard Almeyda Braziliya klubuna keçib


 

Riçard Almeyda Braziliya klubuna keçib<b style="color:red"></b>

"Qarabağ"dan ayrılan Riçard Almeydanın yeni klubu müəyyənləşib.

525.az xəbər verir ki, 35 yaşlı Braziliyanın "Primavera" klubuna keçib. Bu komanda hazırda A2 Liqasında mübarizə aparır.

Qeyd edək ki, 2012-2018-ci, 2019-cu və 2021-1025-ci illərdə Ağdam təmsilçisində çıxış edən Almeyda 376 oyunda 64 qol vurub. O, 9 dəfə Azərbaycan çempionu, 5 dəfə ölkə kubokunun qalibi adını qazanıb. Yarımmüdafiəçi 2017-2023-cü illərdə çıxış etdiyi Azərbaycan millisində 31 oyunda 3 qol vurub.

 





15.02.2025    çap et  çap et