525.Az

Bakıda beşmərtəbəli binada yanğın söndürülüb - YENİLƏNİB


 

Bakıda beşmərtəbəli binada yanğın söndürülüb -  <b style="color:red">YENİLƏNİB</b>

Bakının Nərimanov rayonunda, Fətəli xan Xoyski küçəsində yerləşən beşmərtəbəli binada baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Bu barədə 525.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.

***

Bakının Nərimanov rayonunda, Fətəli xan Xoyski küçəsində yerləşən beşmərtəbəli bina yanır.

Bu barədə 525.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

 





15.02.2025    çap et  çap et