525.Az

Türkiyə hərbçiləri İraqın şimalında yeddi terrorçu öldürüb


 

Türkiyə hərbçiləri İraqın şimalında yeddi terrorçu öldürüb<b style="color:red"></b>

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK terror qruplaşmasının yeddi silahlısı öldürülüb.

525.az “Report”a istinadən xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

Məlumata görə, İraqın şimalında Kandil bölgəsində fevralın 12-də keçirilən havadan əməliyyat nəticəsində dörd, fevralın 14-də isə ölkənin Metina bölgəsində isə üç terrorçu öldürülüb.

Qeyd edilib ki, Türkiyə Silahlı Qüvvələri terrora qarşı qabaqlayıcı və yoxedici əməliyyatlarını davam etdirəcək.

 





15.02.2025    çap et  çap et