525.Az

Şərqi Anadoluda zəlzələ


 

Şərqi Anadoluda zəlzələ<b style="color:red"></b>

Türkiyənin Şərqi Anadolu bölgəsində 4,8 maqnitudalı zəlzələ olub.

525.az “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi məlumat yayıb.

Quruma görə, yerli vaxtla 02:24-də (Bakı vaxtı ilə 03:24) qeydə alınmış yeraltı təkanların episentri Bingöl şəhərinin Yedisu rayonuna düşüb. Təbiət hadisəsinin ocağı 12,79 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

 





16.02.2025    çap et  çap et