https://525.az/img/pics/medium/2025-03/347370_cus6p0dlrh.jpg İmamoğlu və daha iki bələdiyyə sədri vəzifələrindən uzaqlaşdırılıblar
https://525.az/img/pics/medium/2024-11/333005_ln769xjood.jpeg Sabahın havası meteohəssas insanlar üçün əlverişsizdir - XƏBƏRDARLIQ
https://525.az/img/pics/medium/2025-03/347350_2nf9y9wp7s.jpg Dünyanın ən yaxşı HÜCUMÇULARI
https://525.az/img/pics/medium/2025-03/347343_0zhy22307x.jpeg Putindən xəbərdarlıq
search
23 Mart 2025
22 Mart 2025

Cüdoçularımızdan Avropa Kubokunun ilk günündə 6 medal

Cüdoçularımızdan Avropa Kubokunun ilk günündə 6 medal

Slovakiyanın Samorin şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunun ilk yarış günündə Azərbaycan cüdoçuları uğurla çıxış ediblər.

525.az-ın məlumatına görə, idmançılar ilk gündə 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar.

50 kq çəki dərəcəsində İbrahim Talıbov gümüş, Anar Quliyev bürünc mükafat əldə edib.

55 kq-da final görüşündə Məhəmmədəli Hüsiyev və Rəsul Əlizadə qarşılaşıb. Məhəmmədəli Hüsiyev qızıl, Rəsul Əlizadə isə gümüş medalın sahibi olub.

60 kq-da mübarizə aparan Zeyd Ələsgərov bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

66 kq-da Əli Hümbətov bürünc medal qazanıb.

Bölmənin digər xəbərləri
© 2012-2025 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.