525.Az

Hərbçilərimiz beynəlxalq tədbirlərdə iştirak edəcək


 

Hərbçilərimiz beynəlxalq tədbirlərdə iştirak edəcək<b style="color:red"></b> Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək.

Müdafiə Nazirliyindən 525.az-a verilən məlumata görə, dekabrın 2-dən 5-dək Bakı şəhərində Vəzifədə irəliləmə və attestasiya komissiyasının tətbiqi mövzusunda seminar, dekabrın 2-dən 11-dək Qarmiş-Partenkirxen şəhərində (Almaniya) Dil standartları və qiymətləndirmə mövzusunda seminar keçiriləcək.

Tədbirlərdə Azərbaycan  Silahlı Qüvvələrinin nümayəndələrinin iştirak edəcəyi nəzərdə tutulub .
 





01.12.2014    çap et  çap et