525.Az

Azərbaycanda bu mövsümün azarkeş rekordu qeydə alındı


 

Azərbaycanda bu mövsümün azarkeş rekordu qeydə alındı<b style="color:red"></b>

Misli Premyer Liqasının bu gün keçirilən “Neftçi” - “Qarabağ” oyununda mövsümün azarkeş rekordu qeydə alınıb.

QOL.az xəbər verir ki, bugünkü matçı “Neftçi Arena”da 9355 tamaşaçı izləyib. 

2024/25 mövsümü Azərbaycan çempionatı və kubokunun heç bir matçına bu qədər azarkeş gəlməyib.

Xatırladaq ki, oyun “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 





16.02.2025    çap et  çap et