525.Az

Zelenski: Ukrayna işğal olunan ərazilərindən hüquqi olaraq imtina etməyəcək


 

Zelenski: Ukrayna işğal olunan ərazilərindən hüquqi olaraq imtina etməyəcək<b style="color:red"></b>

Ukrayna işğal olunan ərazilərindən hüquqi olaraq imtina etməyəcək və onları geri qaytarmaq üçün diplomatik yollar axtaracaq.

525.az APA ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “NBC News”a müsahibəsində deyib.

“Hüquqi olaraq biz işğal olunmuş ərazilərimizi Rusiya ərazisi kimi tanımayacağıq. Biz bunu heç vaxt etməyəcəyik”, - Zelenski deyib.

Onun sözlərinə görə, Ukrayna ərazilərin qaytarılmasının diplomatik yolunu müzakirə etməyə hazırdır, xüsusən də ona NATO-ya üzvlük zəmanəti verilərsə.

Dövlət başçısı həmçinin bildirib ki, o, hələ də Ukraynanın müharibədə hərbi yolla qalib gəlməsinin mümkün olduğuna inanır.

 





16.02.2025    çap et  çap et