525.Az

Moskvada Nəsib Nəbioğlunun yeni kitabı çapdan çıxıb


 

Moskvada Nəsib Nəbioğlunun yeni kitabı çapdan çıxıb<b style="color:red"></b>

Moskvada tanınmış şair Rəsul Rza və Yuri Dolqoruki adına beynəlxalq ədəbi mükafatlar laureatı Nəsib Nəbioğlunun rus dilində «Siyala zvezda nad skaloy» - (Ulduz nur saçırdı qayanın üstə) adlı şeirlər kitabı çapdan çıxıb.

Azərbaycan yazıçılar birliyinin Moskva bölməsindən verilən məlumata görə, «Akvarius» nəşriyyatı tərəfindən son dərəcə nəfis şəkildə dərc olunan kitabda şairin müxtılif illərdə, müxtəlif mövzularda yazdığı şeirləri toplanıb. Şeirlər «Dünya özü sərkərdandır», «Qılıncınan dil taparam», «məhəbbətin qucağında » və s. bölmələrə ayrılıb. Kitab 1000 tirajla çap olunub. Şeirləri rus dilinə rusiyanın məşhur şairi və tərcüməçisi Nikolay Qoroxov tərcümə edib.

Nəsib Nəbioğlunun yurd ağrısına, yurd itkisinə köklənmiş şeirləri, Qarabağ faciəsi, torpaqlarımızın qəsbkarlar tərəfindən haqsız işğalı, xalqımızın başına gətirilən faciələr, fəlakətlər, əsas yer alir. Əsirlikdə qalan torpaqlarımızın dərdi şairin qəlb çırpıntıları, şairin ürək ağrılarıdır. Onun şeirlərində doğma Azərbaycana məhəbbət, yurd nisgili, qəriblik, qaçqın və köçgünlərimizin acı taleyi, böyüyüb boya-başa çatdığı və bu gün əsirlikdə qalan dağlarımızın həsrəti mühüm yer titir. Nəsib Nəbioğlunun yaradıcılığı onun vətənə olan əsl oğul məhəbbətindən, doğulduğu torpağa, elə-obaya bağlılıqdan, xalqına, dilinə, adət və ənənələrinə sonsuz rəğbət və məhəbbətdən yoğrulmuşdur. Şairin Rusiyaya,eləcə də S. Yesininə həsr etdiyi silsilə şeirlər böyük maraq doğurur.

Müasir Azərbaycan ədəbiyyatının Moskvadakı ən samballı,ən parlaq simalarından biri olan Nəsib Nəbioğlu,öz əsərlərində insanları sülhə, bərabərliyə, xeyirxahlığa, mənəvi təmizliyə çağırır. Nəsib Nəbioğlu öz ecazkar poeziyası ilə ürəkləri fəth etmiş şair geniş kütlələrin sonsuz məhəbbətini qazanmışdır.

Qeyd edək ki, Nəsib Nəbioğlu 7 şeirlər kitabının, o cümlədən, çoxsayda rus və azərbaycan dillərində məqalələrin müəllifidir. Onun bir çox şeirləri müxtəlif dillərə tərcümə edilmişdir. O Rusiya və Azərbaycan yazıçılar birliklərinin, Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının üzvü, Azərbaycan yazışılar birliyinin Moskva bölməsinin katibidir. Nəsib Nəbioğlunun çoxşaxəli yaradıcılığı Azərbaycan ədəbiyyatının inkişafına,onun Rusiyada təbliğinə mühüm töhfələr verən, bu istiqamətdə müstəsna xidmətləri olan şairlərimizdən biridir.

Modern.az

 





01.12.2014    çap et  çap et