525.Az

İranda ana birdəfəyə 7 uşaq dünyaya gətirib


 

İranda ana birdəfəyə 7 uşaq dünyaya gətirib<b style="color:red"></b>

İranın Məşhəd şəhərində 24 yaşlı ana 7 uşaq dünyaya gətirib.

Bu barədə Trend İran televiziyasının rəsmi xəbər saytı iribnews-a istinadən məlumat verir.

Məlumata əsasən, Neda Aləmi evdar xanımdır. O, ikinci doğuşu zamanı 7 uşaq dünyaya gətirib. Onlardan ikisi oğlan, beşi isə qızdır. Oğlanlardan biri doğuş zamanı ölüb.

Uşaqların doğulduğu xəstəxananın baş həkimi Fatimə Tara deyib ki, 5 uşağın ümumi vəziyyəti yaxşıdır, lakin qız uşaqlarından birinin problemi var. Uşaqların çəkisi 720-940 qramdır və onların yaşama şansının 70-80 faiz olduğu bildirilir.

Aləmilər ailəsi kirayədə yaşayır. Ailənin başçısı fəhlədir. Onlar körpələrin ehtiyacını təmin etmək üçün dövlətdən yardım istəyiblər.

 





01.12.2014    çap et  çap et