Avropa qitədə təhlükəsizlik məsələlərində daha ABŞ-a arxalana bilməz.
525.az xəbər verir ki, bu barədə Litvanın xarici işlər naziri Kestutis Budris yerli mediaya deyib.
“Dünyada Rusiya və onun təcavüzündən başqa daha çox çağırış var. Çinin Hind-Sakit okean hövzəsində, İranın nüvə proqramı və Yaxın Şərqdəki tam qeyri-sabitlik və s. kimi çağırışlar Amerikanın fokuslanmaq və dəstəklənməli olduğu problemlərdir”, - XİN başçısı deyib.
Budrisin fikrincə, Avropa müdafiəsini gücləndirmək üçün addımlar atmasa, bir neçə ildən sonra nəticələri ilə üzləşə bilər.
Pərvanə Sultanova
çap et