525.Az

Türkiyədə universitetə silahlı hücum olub, ölənlər və yaralananlar var


 

Türkiyədə universitetə silahlı hücum olub, ölənlər və yaralananlar var<b style="color:red"></b>

Türkiyənin Konya şəhərində Səlcuq Universitetinin Səhiyyə Elmləri Fakültəsinə silahlı hücum olub.

525.az “Report” a istinadən xəbər verir ki, məlumatı “Türkiye” qəzeti yayıb.

Məlumata görə, bir silahlı tələbənin hücumu nəticəsində iki nəfər ölüb, iki nəfər yaralanıb.

Qeyd edilib ki, tələbə öncə dekan müavinini öldürüb, sonra iki nəfəri yaralayıb, sonda isə intihar edib.

Yaralılar hospitala yerləşdirilib.

 





17.02.2025    çap et  çap et