https://525.az/img/pics/medium/2025-03/347519_iuu8y435iv.jpg "Məndən olsaydı, o teatrı bağlayardım"
https://525.az/img/pics/medium/2025-03/347587_l7nsty0pzu.jpg “Mən Quba torpağını Kəbədən az istəmirəm”
https://525.az/img/pics/medium/2025-03/346721_uk5m8e3xyq.jpg Hisslər labirinti - Rəvan Cavid yazır
https://525.az/img/pics/medium/2025-03/347513_bxtoo45qtn.jpg "Elə dəyərlər var ki, onları maddiyyata qurban vermək olmaz"
search
27 Mart 2025
26 Mart 2025

İlham Yadullayev İran üzərində qələbə haqda danışdı

İlham Yadullayev İran üzərində qələbə haqda danışdı

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi İlham Yadullayev Belarusun paytaxtı Minskdə təşkil edilən İnkişaf Kubokunda İran yığması ilə keçirilən oyundan sonra fikirlərini bildirib.

QOL.az AFFA-nın saytına istinadən xəbər verir ki, 1:0 hesablı qələbəni şərh edən mütəxəssis yeni futbolçuları sınaqdan keçirdiyini bildirib: 

“Dünən keçirdiyimiz ilk oyunda güclü Rusiya (0:3) millisi ilə qarşılaşdıq. Uşaqlar tapşırıqlarımızı yerinə yetirməyə çalışırdılar. Turnirdə birinci görüş olduğundan, futbolçularda start həyəcanı var idi. Yaxşı nəticə üçün hücuma atıldıq, qapımızda qollar gördük. Komandanı qısa müddətdə bugünkü oyuna toparlaya bildik. Hər gün oyun keçirmək çətindir. Tam bərpa olunmaq mümkün olmur. Yeni heyət qururuq, yeni futbolçulara baxırıq. İranla matçda komandamız istədiyimizi ortaya qoya bildi. Bu da nəticədə öz əksini tapdı. Bizə qələbə sevinci yaşatdıqları üçün futbolçulara təşəkkür edirəm”.

Qeyd edək ki, U-17 qrupda son oyununu fevralın 19-da, Bakı vaxtı ilə saat 14:20-də Qazaxıstan yığmasına qarşı keçirəcək.

Bölmənin digər xəbərləri
© 2012-2025 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.