Cənubi Koreyanın hakimiyyət orqanları Daejon şəhərində ibtidai məktəbdə 40 yaşlı müəllimin 8 yaşlı şagirdini bıçaqlayaraq öldürdüyünü bildirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Yonhap-ın məlumatına görə, Daejon şəhərində ibtidai məktəbdə 8 yaşlı şagird və 40 yaşlı müəllim yaralanmış vəziyyətdə tapılıb.
Müəllimin müalicəsi davam edərkən huşsuz vəziyyətdə xəstəxanaya çatdırılan şagird həyatını itirib.
Hadisə ilə bağlı araşdırma başlatan polis müəllimin şagirdini öldürdükdən sonra intihara cəhd etdiyini bildirib.
Polis bildirib ki, müəllim əvvəllər depressiyaya görə məzuniyyətə çıxıb və keçən ilin sonunda yenidən dərs deməyə başlayıb.
Malik Atilay
çap et