525.Az

Qvatemalada avtobus körpüdən aşıb, 51 nəfər ölüb


 

Qvatemalada avtobus körpüdən aşıb, 51 nəfər ölüb<b style="color:red"></b>

Mərkəzi Amerika ölkəsi Qvatemalada sərnişin avtobusunun körpüdən aşması nəticəsində 51 nəfər ölüb.

525.az xarici mediaya istinadən xəbər verir ki, regional bələdiyyənin yanğınsöndürmə idarəsinin üzvü Xose Santizo jurnalistlərə bildirib ki, San Aqustin Acasaguastlan qəsəbəsindən yola düşən avtobus Qvatemala şəhərindəki Beliz körpüsündən aşıb və vadiyə yuvarlanıb.

Santizo intensiv işdən sonra 51 nəfərin cəsədini avtobusdan çıxardıqlarını açıqlayıb.

Mətbuatda yer alan məlumata görə, avtobusda 75 nəfərin olduğu təxmin edilir.

Malik Atilay 

 





11.02.2025    çap et  çap et