525.Az

Konqoda üsyançıların hücumu nəticəsində 55 mülki şəxs həlak olub


 

Konqoda üsyançıların hücumu nəticəsində 55 mülki şəxs həlak olub<b style="color:red"></b>

Konqo Demokratik Respublikasının (DRC) şərqindəki İturi əyalətində üsyançı qrupun hücumu nəticəsində ilkin məlumatlara görə, 55 mülki şəxs həlak olub.

525.az xarici mediaya istinadən bildirir ki, milli KİV-in məlumatına görə, Konqonun İnkişafı Naminə Alyansın (CODECO) üsyançı qrupunun üzvləri İturi əyalətinin Djuqu bölgəsindəki bir neçə kənddə dinc sakinlərə silahlı hücumlar həyata keçirib.

CODECO üzvlərinin ağır silahlardan istifadə etdiyi hücumda ilkin məlumata görə 55 mülki vətəndaş həyatını itirib.

Qeyd edək ki, üsyançılar bir neçə evi yandırdıqdan sonra ərazidən qaçıblar.

Malik Atilay 

 





12.02.2025    çap et  çap et