525.Az

Tayvanda ticarət mərkəzində partlayış: 5 ölü, 7 yaralı var


 

Tayvanda ticarət mərkəzində partlayış: <b style="color:red">5 ölü, 7 yaralı var</b>

Tayvanın Tayçunq şəhərində ticarət mərkəzində baş verən partlayış nəticəsində 5 nəfər ölüb, 7 nəfər yaralanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Tayvanın Tayçunq şəhərində təmir işləri aparılan "Şin Konq Mitsukoşi" ticarət mərkəzinin 12-ci mərtəbəsində şiddətli partlayış baş verib.

Əraziyə polis, təcili yardım və yanğınsöndürənlər göndərilib.

Yanğınsöndürmə idarəsindən verilən açıqlamada 5 nəfərin həyatını itirdiyi, 7 nəfərin yaralandığı bildirilib.

Partlayışın restoranda qaz sızması nəticəsində baş verdiyi açıqlanıb.

Tayvan lideri Lai Çinq-te partlayışın səbəbini tez bir zamanda araşdırmağa çağırıb.

Partlayış zamanı şüşələrin sınması səbəbindən əsas yol nəqliyyatın hərəkətinə bağlanıb, hadisə ilə bağlı araşdırma başlanıb.

Malik Atilay 

 





13.02.2025    çap et  çap et