Almaniyanın Münhen şəhərində avtomobil izdihamın arasına girib, çox sayda insanın yaralandığı bildirilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniyanın Münhen şəhərində avtomobil izdihamın üzərinə sürülüb. 28 nəfərin yaralandığı bildirilən hadisə nəticəsində polis araşdırmalara başlayıb.
Qeyd edək ki, polis qrupları ərazini mühasirəyə alıb və hücum ehtimalını araşdırır.
Məlumata görə, izdiham Almaniyanın ən böyük metal işçiləri həmkarlar ittifaqı olan Verdinin mitinqinə qatılmaq üçün ərazidə olub.
Malik Atilay
çap et