525.Az

Tramp “Əl-Qaidə” liderlərindən birinin məhv edildiyini açıqladı


 

Tramp “Əl-Qaidə” liderlərindən birinin məhv edildiyini <b style="color:red"> açıqladı</b>

ABŞ prezidenti Donald Tramp Amerika qüvvələrinin “Əl-Qaidə” liderlərindən birini öldürdüyünü açıqlayıb.

525.az xəbər verir ki, bu barədə o, “Truth Social” sosial şəbəkəsində yazıb.

Tramp ABŞ Mərkəzi Komandanlığının rəhbəri Maykl Kurilla və “Amerikanı, müttəfiqlərimizi və tərəfdaşlarımızı təhdid edən daha bir cihadçıya ədalət gətirən” əsgərləri uğurlu əməliyyat münasibətilə təbrik edib.

“Bu həftə sonu ABŞ qüvvələri Suriyada “Əl-Qaidə” üzvünə qarşı dəqiq hava hücumu həyata keçirib. Terrorçu lider bütün regionda “Əl-Qaidə” ilə əməkdaşlıq edirdi”, - deyə Tramp yazıb.

İbrahim Cəfərov

 





18.02.2025    çap et  çap et