525.Az

İtaliya klubunda baş məşqçi ayrılığı


 

İtaliya klubunda baş məşqçi ayrılığı<b style="color:red"></b>

"Parma" baş məşqçi Fabio Peçkianı istefaya göndərib.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

A seriyası təmsilçisi 51 yaşlı mütəxəssislə yolların ayrıldığını açıqlayıb.

Pekkia 2022-ci ilin yayından "Parma"ya baş məşqçilik edirdi. O, ötən il komanda ilə B seriyasının qalibi olub və “Parma”nı  A seriyasına qaytarıb.

Cari mövsümdə isə "Parma" uğursuz çıxış edir. Komanda hazırda turnir cədvəlində 20 xalla 18-cidir.

 





18.02.2025    çap et  çap et