525.Az

La Liqa klubu 2 ay əvvəl təyin edilən baş məşqçini istefaya göndərdi


 

La Liqa klubu 2 ay əvvəl təyin edilən baş məşqçini istefaya göndərdi<b style="color:red"></b>

İspaniyanın “Valyadolid” klubu baş məşqçisi Dieqo Kokkanı istefaya göndərib.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

La Liqa təmsilçisi Kokkaya cəmi iki ay şans verib. O, ötən il dekabrın 14-də baş məşqçi təyin edilmişdi.

İspaniyalı mütəxəssisin rəhbərliyi altında "Valyadolid" bütün turnirlərdə 8 oyuna çıxıb və 7 məğlubiyyətlə üzləşib. Komanda hazırda La Liqada 24 turdan sonra 15 xalla turnir cədvəlində sonuncu -  20-ci pillədədir.

Xatırladaq ki, "Valyadolid" klubuna Braziliya millisinin keçmiş hücumçusu Ronaldo rəhbərlik edir.

 





18.02.2025    çap et  çap et